Daun sindromlu uşaqları olan valideynlər üçün qızıl qaydalar!
1.Uşağınıza hər kəs kimi olmadığına görə ürəyiniz ağrımasın.
2.Uşağa öz sevgi və diqqətinizi verin, ancaq unutmayın ki, ailədə
buna ehtiyacı olan digər üzvlər də var.
3.Öz gündəlik həyatınızı elə qurun ki, ailədə heç kəs özünü şəxsi
həyatından imtina edərək “qurban” hiss etməsin.
4.Uşağı öhdəlik və problemlərdən kənarlaşdırmayın. Bütün işləri
onlarla birgə həll edin.
5.Uşağa işlərində və qərar qəbulunda sərbəstlik verin.Öz xarici görünüş və davranışınıza fikir verin. Övladınız sizinlə fəxr etməlidir.
7.Əgər uşaqların tələbləri həddindən artıqdırsa, ona nədəsə imtina
etməkdən çəkinməyin.
8.Övladınızla tez-tez söhbət edin. Unutmayın ki, nə TV, nə də radio
sizi əvəz etməyəcək.
9.Uşağı yaşıdları ilə ünsiyyətdə məhdudlaşdırmayın.
10.Dostlarınızla görüşlərdən imtina etməyin, onları qonaq çağırın.
11.Psixoloq və pedaqoqların məsləhətlərinə tez-tez müraciət edin.
12.Təkcə xüsusi ədəbiyyat deyil, həm də bədii ədəbiyyat oxuyun.
13.Bu sindromu olan uşağı olan ailələrlə ünsiyyət saxlayın.
14.Özünüzü qınamayın. Siz heç də günahkar deyilsiniz.
15.YADDA SAXLAYIN Kİ, UŞAQ NƏ VAXTSA BÖYÜYÜB
MÜSTƏQİL YAŞAMALI OLACAQ. ÖVLADINIZI GƏLƏCƏK
HƏYATA HAZIRLAYIN, UŞAQLA BU MÖVZU BARƏDƏ
SÖHBƏT EDİN.
About Author
Add Comment