Daun Sindromlu Uşaqlarda Ağız İçi Özəlliklər :

(1-ci hissə)

Damaq : Alt çənəyə nisbətən orta üz az inkişaf etmişdir. Bunun nəticəsi olaraq damaq uzunluq, yüksəklik və dərinlik baxımından inkişafını tamamlaya bilmir.

Dodaqlar və ağız açıqlığı : Dodaq kənarları hipotonik əzələlər səbəbindən aşağı doğru yerləşir. Ağızdan nəfəsalmaya bağlı olaraq angulyar xeylit, xroniki periodontit və tənəffüs yolu infeksiyalarına meyillilik yaranır.

Dil : Makroqlossiya ( böyük və geniş dil) səbəbilə dilin üzərində dişlərin bir və ya ikitərəfli ağ, dairəvi xətt şəklində izlərinə rast gəlinə bilər. Ayrıca dilin böyük olması diastemalar, diləmməsi kimi klinik vəziyyətləri yarada bilir. Dil həmçinin fissurlu, hipotonik (gücsüz) , yarıqlı ola bilər. Daun sindromlu uşaqlarda ağız açıq qalmasına səbəb böyük və gücsüz dildir