Psixoloq Nərgiz Süleymanlı

Böyük ehtimal daun sindromu ilə ilk dəfə övladınız doğulanda tanışdınız və bu mövzuda ətraflı bilginiz yox idi. Daun sindromlu körpənizin olduğunu öyrəndiyinizdə hər cür duyğunu hiss edə bilərsiniz: əsəb, utanma, günahkarlıq, ümidsizlik, qorxu, üzüntü.. Ardından isə uşağınız və bu sindromla bağlı suallar gələr ağlınıza: “Niyə biz?”, “Bunun səbəbkarı kimdir?”  “Allah bizi hansı günahımıza görə cəzalandırdı?” “illərcə bu məsuliyyət ilə necə yaşayacam”  “Gələcəktə nələr olacaq”  “Bəs bizə birşey olsa ona kim sahib çıxacaq”  kimi bir çox sual…

Nələr edə bilərsiniz?

  • Qəbul edin! Hərşeydən öncə övladınızı qəbul edin.  Onu olduğu kimi qəbul etməyiniz bundan sonraki ona aid edəcəklərinizdə böyük rol oynayacaq. O sizin övladınızdır və sizə digərlərindən daha çox möhtacdır.
  • Qayğı göstərin. Onun hər tərəfli inkişafı üçün lazım olan qayğı, şəvqəti daim əksik etməyin sosiallaşmasını – insanlarla ünsiyyətini dəstəkləyin. Evə qapataraq yaşıdlarından ayırıb oyun oynamasına mane olmayın
  • Gigiyena çox önəmlidir. Övladınızın xəstəliklərdən qorunması və çevrə tərəfindən mənimsənilməsi üçün əl, saç, üz, bədən baxımında diqqətli olun
  • Həddindən çox qoruyucu olmayın. Mümkün olduqca bacı qardaşları və digər uşaqlarla bir arada olmasına şərait yaradın.
  • Özgüvən qazandırın! İnkişafına uyğun məsuliyyətlər verin və etməsini gözləyin. Etdiyində, ən azından etməyə çalışdığında təqdir edin. Siz valideyn olaraq daim yanında olmaya bilərsiniz.
  • Sevginizi göstərin! Uşağınızın fiziki ehtiyaclarından başqa, duyğusal ehtiyaclarının varlığını da unutmayın. Qucaqlayıb – oxşayıb, sevgi sözləri söyləyin.
  • Müqayisə etməyin! Onu Başqaları ilə əsla müqayisə etməyin. Qəbul edin ki, başqa uşaqlarınızı yetişdirərkən etdiyiniz tərbiyə üsullarını xüsusi övladınıza daha uzun və səbrlə tətbiq etməlisiz.

Xüsusi övlada sahib Valideynlərə əsas məsləhətlərdən biri də budur ki, öz psixoloji sağlamlıqlarını unutmasınlar. Hər bir ana-ata özlərinə vaxt ayırmalıdırlar. Həftədə bir dəfə, olmasa 2 həftədə bir dəfə balalarını güvənli insanlara əmanət edərək özlərinə vaxt ayırsınlar. Bu onların gərginlik və  stresslərinin atmasına dəstək olacaq.

About Author

Add Comment

Your email address will not be published. Required fields are marked *

İnsanlar çox şey edə bilməyəcəyimizi düşünə və bizim haqqımızda həmişə doğru olmayan şeyləri fərz edə bilərlər: geyə bilmirik, mahnı oxuya bilmirik, rəqs edə bilmirik, təkbaşına yaşaya bilmirik. Amma əslində mən hamının səhv etdiyini sübut edirəm.
Medison Telvin
Medison TelvinMəşhur Kanadalı ifaçı
Özünüzə inanın, bacardığınız hər şeyi dinləyin və bunu edə bilməyəcəyinizi söyləyən insanlara qulaq asmayın. Xəyallarınızın ardınca get və heç vaxt təslim olma.
Zak Qotsagen
Zak QotsagenMükafatlı ulduz aktyor
Mən həmişə demişəm ki, mən Pablo Pinedayam və məndə Daun sindromluyam. “Olmaq” və “ var olmaq” arasında böyük fərq var. “Olmaq” sizi əzə bilər, “var olmaq” isə bunun yalnız bir xüsusiyyəti olduğunu göstərir.
Pablo Pineda
Pablo PinedaUniversitet dərəcəsi ilə məzun olan ilk DS ilə Avropalı