Xoş gəldin, körpəmiz!
Yenidoğulmuş körpəmizin bütün uşaqlarda olduğu kimi bəzi ümumi kontrol müayinələri vardır.
Ən çox verilən suallardan biri, daun sindromlu uşaq nə ilə qidalandırılmalıdır? Ana südü ilə qidalanmaya üstünlük verilməlidir, bu qida uşağı anemiya, yuxarı tənəffüs yollarının infeksiyasından qoruyacaq və ana südü əmməsi çeynəmə əzələlərin inkişafına yaxşı təsir.
Körpələrin ana südü əmmələri izlənməli, sidik, nəcis ifrazı yoxlanılmalıdır. Həmçinin daun sindromlu körpələrin əzələ hərəkətlərində asta hərəkətlərinin, yuxululuğa meyllilik kimi xüsusiyyətlərinin olması baxımından diqqətli olub, daim əmizdirilməsinə nəzarət olunmalıdır.
Hər ay uşaq pediatr müayinəsində olmalı, boy , çəki və baş çevrəsi ölçülərinin persentil dəyərinə görə dəyərləndirilməli və valideynə məlumat verilməlidir
0-2 ay yenidoğulmuş ilk 48saat, 15gün, 41 gün, 2ayda sağlamlıq kontrolları olunmalıdır.
Birinci növbədə ilk 7 gün ərzində topuq testi verilməlidir. Bəzi inkişaf etmiş ölkələrdə bu məcburidir. Hələki bizim ölkədə bu valideyn istəyinə görə yerinə yetirilir. Bu topuq testi analizində bəzi genetik xəstəlikləri (fenulketonuriya, biotinadaza eksikliyi, hipotirodizm, QF 6 çatışmamazlığı) tapmaq olur. Belə ki, erkən diaqnoz qoyulması uşağın daha yaxşı inkişaf etməsi üçün şərait yaradır.
İlk 1 ay ərzində bütün yenidoğulmuş uşaqlarda olduğu kimi uşağın eşitmə, görmə testi, bud çanaq usm si olunmalıdır.
Göbək, göz baxımı olunmalıdır.
Sarılıq daimi kontrolda saxlanılmalıdır.
Tiroid testləri olunmalıdır(TSH,Sərbəst T4)
Katarakt kontrol edilməli(əgər qırmızı refleks görünmürsə, həmən oftalmoloq baxmalıdır)
Otitis media(orta qulaq iltihabı) yarana bilər, u uşaqlarda yuxarı tənəffüs yollarinin infeksiyası tez etz rast gəlir.diqqətli olmaq lazımdır.
Ailəyə(əmzirmə, qaz çıxarma, yenidoğulmuşa qulluq, çimdirmə və s.) geniş izah edilməlidir.
Əmgək yoxlanılmalı(öndə böyük əmgək hipotirodizm əlaməti ola bilər)
Qusma, qaytarma hallarında bağırsaq problemləri kontrol edilməli
Körpəyə vitamin d verilməlidir
2-12 ay
2, 3, 4, 6, 9 və 12 ayında müayinə edilməlidir.
Böyümə və inkişafı yoxlanılmışdır.
Körpə 6 aya kimi ana südü ilə qidalnadırılmalıdır, 6aydan sonra əlavə qidaya keçirilə bilər.
D vitamini verilməlidir
Peyvənd cədvəlinə uyğun peyvəndlər vurulmalıdır.
Ağız və diş müayinəsi olunmalıdır.
Tənəffüs yolu və qulaq infeksiyalarına diqqət olunmalıdır.
Qəbzlik, aktiv bəslənmə olunmağına baxmayaraq və bağırsaq yumşaltcılar verildiyinə dirənsə o zaman çölyakı inkar etdilməlidir.
Dəmir profilaktikasına başlanılmalıdır
Görmə və eşitmə müayinələri olunmalıdır.
Nevropatoloq tərəfində ümumi nevroloji və fiziki müayinə edilməlidi
Əgər normal uşaqdırsa o zaman başını 1- 4ayında, daun sindromlu uşaq isə 3-9 ay düz saxlaya bilir.
Dönmə normalda 2- 10 ayında baş verir, daun sindromlu uşaqda isə 4-12 –ci ayında bu proses baş verir, oturma 5- 9–cu ayında otura bilərsə, daun sindromlu uşaqda isə 6- 16 ay aralığında baş verir, ayağa qalxma normada 7-12-ci ayda, daun sindromlu uşaqda 8-26 ayında baş verə bilir.
Yerimə normalda 9-17 ayında, daun sindromlu uşaqda isə 13-48 ayında baş verir.
Bu gecikmələr gözlənilə bilər. Buna görə də bu uşaqlarda mütləq erkən müdaxilə etmək, fizioterapiyaya başlanılmalıdır.
1-12 yaş
Sistemik fiziki müayinə , kilo, boy kontrolu olunmalıdır,
Böyüməsi izlənməli,anemiyanın olub olmaması yoxlanılmalıdır.
Tualet tərbiyəsi verilməlidir
Yuxu problemləri varsa nevroloji müayinəsi olunmalıdır. 3 və 12 yaşında atlanto-axial instability riski olduğu üçün rentgen olunmağı məsləhətdir.
İllik qalxanabənzər vəzinin funksiyasını yoxlamaq, eşitmə testləri olunmalıdrı(1-3 yaş arası içində ildə 1 dəfə, 3-13 yaşında iki ildə 1 dəfə)
Gözdə problem yoxdursa 2 ildə 1 dəfə, varsa daha sıx yoxlanılmalıdır.
3 yaşında isə qan təzyiqi yoxlanılmalıdır, problem varsa o zaman qan təzyiqinı izlənməlidir.
Anemiya yoxlanılmalıdır
Peyvəndlər olunmalıdır
Xüsusi hazırlıqlar olunmalıdır
12-18 yaş
Kilo, boy , təzyiq kontrolu olunmalıdır, anemiya dəyərləndirilməldir
Yuxarı tənəffüs yollarinin infeksiyası yoxlanılmalıdır
Hər 2 ildə görmə və eşitmə kontrolları olunmalıdır
Hər il ağız və diş sağlmalığı kontrolvə qalxanabənzər vəzinin funksiyası yoxlanılmaıdır
Sitematik fiziki müayinə və nevroloji kontrolları olunmaldır
Piylənməyə diqqət olunmalıdır, qidalnama izha olunmaldır, fiziki aktivlik verilməldiri.
Heç bir ürəkdə şikayəti olmayan daun sindromlu uşaqların 18-10 yaş aralığında EKQ-EXO testləri olunmaıdır.