Bildiyimiz kimi daun sindromu ilə dünyaya gələn uşaqlarla mütəmadi olaraq pedaqoji, psixoloji, fizioloji baxımdan hərtərəfli şəkildə işlənməlidir.
Daun sindromlu körpənin inkişafına mümkün qədər tez aktiv stimul verməyə başlamaq çox vacibdir. Belə uşaqlara bir və ya bir neçə vərdişlərin mənimsənilməsi üçün çoxlu sayda təkrarların edilməsi vacibdir.
Onuda qeyd edim ki, sindromlu uşaqların ilk öncə xronoloji və pedaqoji yaşını müəyyən etmək lazımdır. Daha sonra həmin yaş dövrünə uyğun bacarıqları uşaqlarda formalaşdırmalıyıq. Bunlara əsasən, həndəsi fiqurlar, onların rəngləri; əşyalar, əşyaların hansı fiqurlara bənzəməsini misal göstərə bilərik.
Daun sindromlu uşaqların inkişaf prosesində valideynlərin də rolu çox böyükdür. Belə ki, gün ərzində uşaq tərəfindən yeni vərdişlərin qavranılması, öyrənilməsi valideynin gün ərzində övladı ilə keçirdiyi vaxtdan asılıdır.
Daun sindromlu uşaqlar xüsusi bir təlimlə gələcəkdə hər hansısa bir peşə sahibi ola bilərlər.
Uşaqlar bizim gələcəyimizdir!
Əgər, biz sağlam şəxsiyyət arzulayırıqsa , gələcək üçün sevgi dolu, sağlam uşaq yetişdirməliyik.
Biz sizin dünyaya qatdığınız gözəlliklərin fərqindəyik!
Pedaqoji inkişaf
About Author
Add Comment