Məryəm

Məryəm

01.06.2017 tarixində Məryəm dünyaya gəldi. Daun sindromlu olduğunu bilmirdim. Bir neçə dəqiqə sonra həkimlər öz aralarında danışmağa başladılar.Daha sonra həkimlər mənə suallar verməyə başladılar.Bu suallardan narahatliq hissi keçirdim.Və uşaqda hər hansı bir problemin olduğuna dair şübhələr yarandı məndə.Pediatr yaxınlaşdı və “uşağin daun sinromu olduğu ehtimalı var”dedi.Sanki,dünya başıma köçdü.Daun sindromu haqqında internetdən axtarmağa başladım.Demək olarki bütün əlamətlər Məryəmdə var idi .Uşağın şəkillərini tanıdığım bütün hekimlərə hetta internet vasitəsilə bir neçə türk genetik hekimlərə göndərdim.Artıq Məryəmin daun sindromu olduğuna hardasa əmin idim.Yalnız son ümidim genetik analize qalmışdı.Klinikaların birində analiz verdik.Cavab gözlədiyim gəldi daun sindromu. Lakin heç car qəbul edə bilmirdim.Ona görədə belkə səhv yoxlayıblar deyib başqa bir klinikada da yeniden anliz verdik.Burdan men yalnız möcüzə gözlüyürdüm.Neticə gözlədiyim deyil bildiyim oldu.
Alışmadığım həyat məni qorxuzurdu.Bir neçə ay sonra bu veziyyəti çətində olsa qəbul etdim.Anladım men tanımadığım bir yolun başındaydım nə edəceyimi bilmirdim ve yalnız irəli getməliydim.
Heç də gözlədiyim kimi çetin olmadı.Bəzən Məryəmin xüsüsi uşaq olduğunu belə unuduram.Onu başqaların dar düşüncəsinə,baxış tərzlərinə görə cemiyyətdən tecrid etmirem.

About Author
İnsanlar çox şey edə bilməyəcəyimizi düşünə və bizim haqqımızda həmişə doğru olmayan şeyləri fərz edə bilərlər: geyə bilmirik, mahnı oxuya bilmirik, rəqs edə bilmirik, təkbaşına yaşaya bilmirik. Amma əslində mən hamının səhv etdiyini sübut edirəm.
Medison Telvin
Medison TelvinMəşhur Kanadalı ifaçı
Özünüzə inanın, bacardığınız hər şeyi dinləyin və bunu edə bilməyəcəyinizi söyləyən insanlara qulaq asmayın. Xəyallarınızın ardınca get və heç vaxt təslim olma.
Zak Qotsagen
Zak QotsagenMükafatlı ulduz aktyor
Mən həmişə demişəm ki, mən Pablo Pinedayam və məndə Daun sindromluyam. “Olmaq” və “ var olmaq” arasında böyük fərq var. “Olmaq” sizi əzə bilər, “var olmaq” isə bunun yalnız bir xüsusiyyəti olduğunu göstərir.
Pablo Pineda
Pablo PinedaUniversitet dərəcəsi ilə məzun olan ilk DS ilə Avropalı