İnci bizim həyatımıza bir işıq kimi saçdı,inci 3 cü övadımızdı bizim,düzünü deyim heç 3 cü uşaq haqqında fikirləşmirdim,həm obiri uşaqlarımız böyük idi,həmdə problemlər,amma İnciyə hamilə oldugumu biləndə elə bil allahdan istək gəldi mənə və qərara gəldim mən bu uşagı istiyirəm və onun necə dogulacagından xəbərsiz idik,uşaqlar İnci adın seçdilər,İnci dogulanda,inci güləndə inci iməkləyəndə,gəzəndə,danışanda neyniyəcik deyə plan qururdular,vəə İnci doguldu,adi uşaq idi,sadəcə 3cü övladım idi deyə təcrübəliydim,az aglıyırdı,yeyirdi çox yatırdı,gününün çoxu yatmaqla keçirdi,taki 1aydan sonra soyuqladı doguldugu rayon xəstəxanasına apardıq,orda həkimlərin diqqətlə əlinin içinə,gözlərinə baxmagları ,mənə yoldaşuvuda çagır bura deməkləri məni həyəcana bogdu,noolub nə xəstəliyi var qızımızın dedik,dedilər qorxmuyun,daun sindiromu haqqında eşitmisiz,sizin uşagı o uşaqlara oxşadırıq,sizi göndərək gedin genetik analiz elətdirin.Dünyam yıxılmışdı onda mən o vaxtı bilmirdimki Azərbaycanda bu qədər daun sindromlu uşaq var,xəstəxanadan evə aglıya aglıya gəlmişdim yoldaşım mənə ürək dirək verirdiki bizim övladımızın heçnəyi yoxdu,analiz verdik cavablar çıxana qədər hər günemüz 1ilə bərabər oldu cavsblar çıxanda çox yaxşı qadın həkim idi,dedi sixin qızınızda mozaik daun sindromudu bu çox yaxşı haldı üz cizgiləri oxşar olacaq,biraz ola bilər gec gəzər,gec danışar və biz incini sevə sevə həyayımıza davam etdik çox şirin çox sevimli idi nəsildə hamı onu çox istiyirdi.
Gec oturdu gec iməkıədi 2yaşında,necə sevinmişdik iməkləyəndə,əlbətdəki boş buraxmırdıq davamlı masaj elətdirirdik 2yaşından mərkəzə apardıq orda psixoloq Aydanımızın Səbinə xanımın səhifəsin verdi mənə,ilk tanıdıgım daun sindromlu uşaq Aydan olub və mənə dəstək olan Səbinə bacımız çox şey öyrətdi bizə,o gündən evimiz döndü oyuncaq aləminə ,incidə çox həvəslidi öyrənməyə 3y 6aylıgında gəzməyə cəhd edirdi həkim yoxlanışınım vaxtı idi heçnə yoxmuş kimi getdik həkimin bizə uşagınızın ciddi ürək qüsuru var əməliyyatı gecikdirmisiz deməyi həyatımızı alt üst etdi,Bakıya apardıq neçə klinika boyun götürmədi ,bir qohum dedi Topçuba
Şov adına klinikaya aparın .övladımızı bizə,həyata yenidən qaytardı Elnur həkim,ömrümüzün axırına qədər ona minnətdarıq,o günləri xatırlamaq belə çətindi,1 iyun uşaqlar günündə əməliyyat oldu İncim,neçə ay sagalana qədər biz nə qədər əziyyət çəkdik,şükür bu günümüzə 4yaşına gəzdi İnci, Az çox danışır mahnıda oxuyur biraz hiperaktivdi ipə sapa yatmır ərköyündü inşaallah 2aydan sonra 5yaşı olacaq,ən böyük arzumuz öz həmyaşıdlarıyla məktəbə getməyin görməkdi,hər şey dama dama göl olur,hardan hara qədər gəlmişik, inşallah o günləridə görəcəyik, biraz səbr, birazda əzm və iradəli olmaq lazımdı.
İnci
About Author