Daun Sindromu Azərbaycan

Qızım doğularkən bütün ailələr kimi,analar kimi ilk  axtarışımı həyacanla online platforma üzərindən etdim. İnanın oxuduqlarım,baxdıqlarım məni daha da  qorxutdu. Azərbaycan dilində  tək-tük məlumat var idi. Onları oxumaq da mənə əlavə mənəvi yük idi. “Heç vaxt böyümürlər”, “yerimirlər”, “anadan keçən bəla” və s.
Ordan -burdan tapdıqları informasiyaları bir-bir kopyalayıb paylaşıblar. İndi də”Daun sindromu” adı ilə axtarsaz kopyalanmış,mənasız onlarla məlumat oxuya bilərsiz.Bu mılumatların ailəyə faydası nədir. Təbii ki, böyük “heç nə”.
Hələ 5 il əvvəl düşünürdüm yaxın gələcəkdə sayt olmasa bunu mən edəcəyəm.Bütün dünyada Daun sindromlu şəxslər ,onların ailələri üçün sayt fəaliyyət göstərir. Nəyi necə edək,hardan başlayaq tipli suallarar valideyn  online da cavab tapa bilir. Niyə bizdə -Azərbaycanda olmasın?! Və çıxdığım bu yolda bütün ailələr adına bu addımı atdım.
İndi yenicə daun sindromu diaqnozu ilə doğulan övladı üçün suallara cavab axtarab, imkanı zəif olan ailələr, ucqar kənd yerlərində əlacsız ailələrə az da olsa kömək etmək üçün  sayt fəaliyyət göstərəcək.Terapiyalar bölməsində Daun sidnromu diaqnozlu  övladı olan ailə övladı üchün masaj, idman, mbt, duyu bütünləmə, loqoqpedik, psixoloji, psixo-pedaqoji dəstək haqqında ətraflı məlumat oxuyub, öyrənib və tətbiq edə biləcək. Həmchinin, mütəxəssislər bölməsində övladı doğulandan sonrakı dönəmlərə kimi  hansı müayinələrdə olmalıdı, nələrə fikir verməlidir, hansı xəstəliklər ola bilər onlarla yaxından tanış olacaq.

Motivasiya üchün dünyada və Azərbaycanda uğur qazanan daun sindromlu şəxslər üçün də məlumatlar yerləşdirmişik.

Unutmayın, sizin övladınız nə sınağınızdı, nə imtahanınız,nə mükafatınız. Bir adı var-övladınızdır!Ona bu yolda qol – qanad olun.
Demirəm asandır, nə də demirəm çətindir. Həyat yoludur. Əzminizlə, səbrinizlə, iradənizlə Daun sindromu diaqnozu ilə doğulmuş övladınızı cəmiyyətə qazandırmaq,ona yol açmaq ,ömür yolunu mayak kimi aydınlatmaq sizin əlinizdədir.

SƏBİNƏ HƏSƏNOVA

Daun Sindromlu məşhur şəxslər və onların fikirləri

İnsanlar çox şey edə bilməyəcəyimizi düşünə və bizim haqqımızda həmişə doğru olmayan şeyləri fərz edə bilərlər: geyə bilmirik, mahnı oxuya bilmirik, rəqs edə bilmirik, təkbaşına yaşaya bilmirik. Amma əslində mən hamının səhv etdiyini sübut edirəm.
Medison Telvin
Medison TelvinMəşhur Kanadalı ifaçı
Özünüzə inanın, bacardığınız hər şeyi dinləyin və bunu edə bilməyəcəyinizi söyləyən insanlara qulaq asmayın. Xəyallarınızın ardınca get və heç vaxt təslim olma.
Zak Qotsagen
Zak QotsagenMükafatlı ulduz aktyor
Mən həmişə demişəm ki, mən Pablo Pinedayam və məndə Daun sindromluyam. “Olmaq” və “ var olmaq” arasında böyük fərq var. “Olmaq” sizi əzə bilər, “var olmaq” isə bunun yalnız bir xüsusiyyəti olduğunu göstərir.
Pablo Pineda
Pablo PinedaUniversitet dərəcəsi ilə məzun olan ilk DS ilə Avropalı