Elisa, ”cənnət qapısında gözləyən mələk”

Elisa, ”cənnət qapısında gözləyən mələk”

Elisa, mənası ”cənnət qapısında gözləyən mələk” deməkdir.Adətən dünyaya gələcək körpəyə ad əvvəldən planlanmış olur.O qədər ad varıydı,qərar verə bilmirdim.Sonra qərara aldım ki doğulandan sonra onu görəndən sonra qərar verəcəm.Və doğulandan 2 gün sonra diaqnozunu biləndən sonra qızıma Elisa adını verdim.

Mənim ən böyük arzularımdan biri qız övladımın olması olub və bunu o qədər çox istəyirdimki Allah mənə qız övladı nəsib eledi.Həm də arzuladığımdan da ən gözəlin,ən şirinin, ənləri saymaqla bitməz.

Elisanın daun sindromlu olduğunu doğumdan 2 gün sonra öyrəndim və həmin an Elisa qucağımda idi.Bunu eşitdim,ona baxdım  ve gözümdən süzülən yaşlarla onu bağrıma basıb bircə onu dedimki “axı çox gözəldi”.

Və bunu əslində əvvəldən hiss eləmişdim.Hər dəfə yoxlanışlarda hər şey yolunda görünsədə içimdə bir şübhə varıydı.Və mən bilirdim ki nə vaxtsa  xüsusi bir övladın anası olacam və belə də oldu.Yaxınlarım mənə deyirdi ki, sən həmişə o qədər danışırdın ki bu  haqqda elə bil arzulayırmışcasına.

Elisanın diaqnozunun tesdiqlenmesi üçün genetik test verdik ve artıq Elisa 20 günlük olarkən diaqnozu təsdiqləndi.Nə yalan deyim,cavab çıxana qədər insanın içində bir ümid olur.Bəlkə sadəcə oxşayır.Diaqnoz tam tesdiqləndikdən sonra artıq dedik ki,belkesi ,sonrası yoxdur.Başlamaq lazımdır.O gündən hər bir ana kimi araşdırıram və qızım üçün onun inkişafı üçün nə lazımdısa ən yaxşısın etməyə

Bir gün öz-özümə dedim ki. Elisa dünyamıza gələndən nə dəyişib? ….Hecnə.O, bizim həyatımızi daha da gözəlləşdirib.Elisanın fərqi nədi???…Hec bir fərq yoxdu.Onda niyə beləyəm?…..Mənasız yerə.

Yaşıdlarından gec yeriyəcək?Yerisin.

Gec danışacaq?Danışsın ve s bele suallar ve cavablar.

Yəni bunlar heç bir məna kəsb eləmir.Əsas Elisa həyatımıza o qədər gözəllik qatır ki bunu sözlə ifadə etmək mümkünsüzdü.Nə yaxşı ki bizi seçib.Çünki biz ona gözümüz kimi baxırıq ve bu həmişə belə olacaq.Əlbətti Elisa öz ayaqları üzərində durana qədər həmişə onun yanında olacıq.Və mən bilirəm ki bir zaman gələcək artıq Elisa öz ayaqları üzərində durub öz  həyatını öz istədiyi kimi quracaq.Bunun əksini düşünmürəm belə.

Sonda onu demək istəyirəm ki.daun sindromlu övladının olması dünyanın sonu demək deyil.Və bunu yaşayan bir ana olaraq demək istəyirəm ki, həyatımızda dəyişən heç bir şey yoxdu.Bir ananın övladı üçün edəcəklərini edirəm,sadəcə “+1”fərqi ilə

About Author
İnsanlar çox şey edə bilməyəcəyimizi düşünə və bizim haqqımızda həmişə doğru olmayan şeyləri fərz edə bilərlər: geyə bilmirik, mahnı oxuya bilmirik, rəqs edə bilmirik, təkbaşına yaşaya bilmirik. Amma əslində mən hamının səhv etdiyini sübut edirəm.
Medison Telvin
Medison TelvinMəşhur Kanadalı ifaçı
Özünüzə inanın, bacardığınız hər şeyi dinləyin və bunu edə bilməyəcəyinizi söyləyən insanlara qulaq asmayın. Xəyallarınızın ardınca get və heç vaxt təslim olma.
Zak Qotsagen
Zak QotsagenMükafatlı ulduz aktyor
Mən həmişə demişəm ki, mən Pablo Pinedayam və məndə Daun sindromluyam. “Olmaq” və “ var olmaq” arasında böyük fərq var. “Olmaq” sizi əzə bilər, “var olmaq” isə bunun yalnız bir xüsusiyyəti olduğunu göstərir.
Pablo Pineda
Pablo PinedaUniversitet dərəcəsi ilə məzun olan ilk DS ilə Avropalı