Daun sindromlu uşaqların dil bacarıqları digər uşaqlara nisbətən daha ləng inkişaf edir. Lakin bu daun sindromlu uşaqların heç vaxt danışmayacaqları demək deyildir.
Bütün uşaqlar həyatlarının ilk ilindən danışdırıldıqca və danışdıqca danışmağı öyrənir və ətraflarında eşitdikləri sözlərin nə məna kəsb etdiyini anlamağa başlayırlar. Uşaqlar nizamlı inkişaf modelində danışmağı öyrənirlər, o cümlədən Daun sindromlu uşaqlar. Daun sindromlu uşaqların əksəriyyətində ünsiyyət qurmağa can atmaq həvəsi və erkən qeyri-şifahi ünsiyyət bacarıqlarının formalaşması çox yaxşıdır. Bunlara göz təması qurmaq, diqqəti inkişaf etdirmək və jestlərdən istifadə etməkdə daxildir. Daun sindromlu uşaqlar erkən jestlərdən səmərəli istifadə etməyə meyllidirlər amma narahat olunası hissəsidə odurki tipik inkişaf edən uşaqlardan daha uzun müddət istifadə etməyə davam edirlər.
Daun sindromlu uşaqların anlama-qavraması,idrak prosesləri inkişaf etdikcə onlar sadə sözləri deməyi öyrənməyə başlayırlar.Zamanla, onlar davamlı olaraq faydalı söz ehtiyatının mənalarını öyrənirlər, lakin öyrəndikləri yeni mənalı sözlər anlamalarından daha yavaş inkişaf etməyə davam edir. Adətən Daun sindromlu uşaqlar deyə bildiklərindən daha çox şey başa düşürlər.
Cümlələri qrammatik cəhətdən başa düşməyi və istifadə etməyi öyrənmək Daun sindromlu uşaqların əksəriyyəti üçün daha böyük çətinlik sahəsidir hansıki lüğət ehtiyyatlarının inkişafından daha yavaş inkişaf edir. Bir çox daun sindromlu uşaqlar qrammatik cəhətdən düzgün olmasada lügət ehtiyyatlarında sözlərdən rahatlıqla istifadə edərək cümlə qura bilirlər:məsələn, “mən maşınla gəzintiyə gedirəm cümləsi əvəzinə mən gəzinti maşın gedirəm”cümləsindən istifadə edə bilərlər.Bununla belə, tədqiqatlar göstərir ki, inkişaf daha yavaş olsa da, Daun sindromlu gənclər yeniyetməlik illərində qrammatika və cümlə strukturlarını öyrənməyə davam edə bilərlər.Daun sindromlu uşaqların artikulyasiya aparatında çox zaman məhdudiyyətlər olur.(Həddindən artıq süstlük,gərginlik)Bu məhdudiyyətlərin olması uşağın düzgün qidalana bilməməsinə və nitqinə təsir edir.Daun sindromlu uşaqların artikulyasiya apratı ilə bağlı ən böyük narahatlıqlarından biri isə dilin çıxıntılı olmasıdır.Çıxıntılı dil-dilin çox zaman çöldə olmasıdır. Bunu yaradan əsas səbəblər isə bunlardır.
1.Əmmə refleksinin zəif olması
2.Sərt damağın kiçik olması
3.Dilin tonusunun normadan aşağı olması
4.Sensor informasiyanın tənzimlənməsində çətinlik
5.Çeynəmə aktının zəif olması
6.Yuxarı tənəffüs yollarının inkefsiyaları nəticəsində burundan nəfəs almanın çətin olub ağızdan nəfəs almanın üstünlük təşkil etməsidir.
Beləliklə ümumiləşdirib baxsaq daun sindromlu uşaqlarda nitq inkişafının pozuntuları aşağıdakı səbəblərdən yaranır.
1.Eşitmənin tam olmaması
2.Nitq orqanlarının anatomik və fizioloji məhdudiyyətləri zamanı çətinliklərin olması
3.Pedaqoji baxımsızlıqların olması
4.Əzələ hipotonusu
5.İdrak proseslərinin zəifliyi.
Unutmayaqki istər daun sindromlu istər heç bir sindromu olmayan uşaqların nitqinin inkişafı onların ailələrinin dəstəyi nəticəsində inkişaf edir.Övladlarınızı sevin,qoruyun və narahatlıqlarını ört basdır etməyin həll edin.
Defektoloq Loqoped Vüsalə Qasımova
About Author
Add Comment