Down Syndrome International kimi təşkilatlar 2006-cı ildən etibarən Ümumdünya Daun Sindromu Günü üçün müxtəlif tədbirlər təşkil edirlər.BMT-nin qərarı ilə 10 noyabr 2011-ci ildən etibarən 21 mart Dünya Daun Sindromu Günü elan olundu və 2012-ci ildən rəsmi olaraq hər il qeyd olunmağa başlandı. Bu önəmli gün,sindromun yaranma səbəbi olan 21-ci xromosomun 3 ədəd olması ilə 21 mart olaraq əlaqələndirilmişdir.Daun sindromu genetik bir fərqlilik,xromosom anomaliyasıdır.Yəni hüceyrələrdə xromosom sayı 46ikən,daun sindromlu şəxsdə 21-ci xromosomun 3 ədəd olması nəticəsində 47 xromosomun olmasıdır.
Xromosom aberrasiyasi olan inversiyalara heç cur müdaxilə etmək olmur.Bu hallar baş verirsə demək ki, ya ananın oogenez prosesində,yada atanın spermogenez prosesində hansısa xəta baş vermişdir(genlərin paylanmasında, xromosomların aralanmasında və s).


Sindromun 3 növü var:

1-Trisomiya 21(meyotik ayrılmama)-daun sindromlularının 90-95%-ni təşkil edir.Bu növdə əlavədən bir ədəd 21-ci xromosom yumurta və ya sperma hüceyrəsindən gəlməklə və ya döllənmənin ilk aşamalarında bir nöqtədə düzgün olmayan bölünmə səbəbiylə yeni hüceyrələr 3-lü ədəd xromosom ilə cəmdə 47 xromosom olaraq formalaşır.


2-Translokasiya (yerdəyişmə) – daun sindromlularının 3-5%-ni təşkil edir.Bu növ zamanı 21-ci xromosom qoparaq başqa bir xromosoma (məsələn, 14-cü xromosom kimi) yapışaraq əmələ gəlir. Say olaraq 46 xromosoma sahib olmağına baxmayaraq, genetik məlumat olaraq 47 xromosom məlumatına sahib olur.


3-Mozaik (mitotik ayrılmama)-daun sindromlularının 2-5%-ni təşkil edir. Bu növdə bəzi hüceyrələr 46 xromosom daşıyarkən, bəziləri 47 xromosom daşımaqdadır.Düzgün bölünməmə döllənmənin irəli aşamalarında reallaşdığında bir xətt 46 xromosom, digər xətt isə 47 xromosom olaraq davam edir və mozaik bir təməl yaradır.

Daun sindromlu ushaqlarda idman məshğələsinin faydaları.
Daun sindromlu bir körpənin həyatının ilk illəri onun gələcəkdəki inkishafının acharı kimi qəbul edilməkdədir.Bu səbəblə Daun sindromlu ushaqların böyük və kichik motor inkishafinda müalicəvi idmana ehtiyacları vardır.Əgər chox ciddi bir sağlamlıq problemi yoxdursa 0 -2 ayından fizioterapiyaya başlanmalıdır.Ushaq ,valideyn və fizioterapevt birlikdə chalıshmalıdır.Fizioterapiyanin daha effektli olması üchün ushağın gündəlik həyatının planlashdırılması və müalicənin evdə tətbiq olunması vacibdir !
Qaba motor bacarıqları Daun sindromlu ushaqlarda:
Başını saxlama – 9 ay
Ayağa qalxmaq 8-26 ay
Ayaqda durmaq 12-38 ay
Gəzmək 13- 48 ay
Daun sindromlu ushaqlar arasındakı inkishaf fərqliliyi ushağın əzələ və oynaq zəifliyinin dərəcəsinə, hərəkətli olub-olmamasına,ümumi sağlamlıq vəziyyətinə bağlı olaraq ortaya chıxır.
Daun sindromlu ushaqlarda fizioterapiyanın(müalicəvi idmanın)faydaları:
1)Qaba motor hərəkətlərin inkishaf etdirilməsi(oturmaq,dönmək ,iməkləmək ,ayaqda dayanmaq ,gəzmək )
2)İncə motor inkishaf etdirilməsi v(Əllərin səmərəli istifadə edilməsi ,əl-göz koordinasiyası)
3)Tarazlıq və qoruyucu reaksiyaların qazandırılması
4)Hərəkətlərin və gəzmənin keyfiyyətini artırmaq.(c)Kichik motorika.İlk vaxtlar bunu oxuyanda elə bilirdim ki ,bashqa dildə mənasını bilmədiyim,anlamadığım sözlə rastlashmısham.Hech böyük qızım da belə bunun fərqinə varmamıshdım.Kichik motorikası necədir deyə ‘hech fikirləshməmishdim.


Nədir kichik motorika?
Kiçik motorika əl biləyi və barmaqların köməyi ilə xırda və dəqiq hərəkətlər yerinə yetirməyə xidmət edən sinir, əzələ və dayaq sisteminin birgə koordinasiya olunmuş işidir.
Beyin əl barmaqlarında,ayaqlarında yerləshən sinir  sisteminin aktivliyi ilə inkishaf etdirilə bilər.Bunun üchün chıxıntılı vasitələr ,müxtəlif masajor alətlər,masajlar əl ,ayağa tətbiq edilir .Rus mütəxəssisləri hətta shüshə qırıntıları üzərində ushağı yeridir.(Buna hələki ürək eləmimishəm)))
Amma kechən yayı Aydanı ayaq yalın gəzdirdim həyətdə.Ayaqyalın qum,dəniz kənarı,shehli otlar üzərində yerish sinir sisteminə chox fayda verir.


Keçək əl barmaqlarına
Kichik motorika ən gözəl ishlədən mənə görə mozaika ,ipə düzmə kimi vasitələrdi.
Bunun üchün videodakı vasitə choox ishimə yarayıb.Əgər bunun üchün vasitə yoxdursa ushaqlara saymaq  üchün istifadə olunan əvvəllər Щоты (shyotka dla shitalki ) deyilirdi ondan alın 1 manatdı ,sındırıb ichindəki o düymə kimi vasitələri ipə düzdürün və ya  eyni sheyi makaronlarla ushaqlara ishlədin.
Təmiz ayaqqabını verin, ipi özü taxsın,zamoku ashağı -yuxarı eləsin.Əgər ushağınız anlayıshlı shəkildə shkafları  achıb bağlamırsa narahat olun!Stol üstünə semichka dənələri və ya hansısa ləpə xırdalayıb tökün onu barmaqları ucunda götürsün və s .