Mənim Cəsurum 2 yaş 2 aylıqdır. Onu çox sevirəm demək olar ki, mənim ən zəif nöqtəm Cəsurumdur. Onun nəfəsi, gülüşü, sevgi dolu gözləri məni çox xoşbəxt edir. Allahımdan mənə belə bir övlad bəxş etdiyi üçün çox razıyam. Çətin, əziyyətli bir yolumuz olsa da, Cəsur şanslıdır. Çünki onu sevən ailəsi və yaxınları var.
Cəsurum mənim nəfəsimdir. O qədər deyiləsi sözlərimiz varki qəlbimizdə. Allah bütünövladları qorusun, mənim övladlarım da içlərində.
Cəsur
About Author