Mustafayeva Nigar 04.10.2004-cü ildə Bakı şəhərində anadan olub. Evin ilk uşağıdır. Nigar doğulandan 4 ay sonra bizə məlum oldu ki, o Daun Sindromludur. Mən heç də pis olmadım və qərara gəldim ki, Nigarı bütün dünyaya tanıdacam. Həmin gündən bütöv ailə olaraq Nigarla məşğul olmağa başladıq.
4 yaşında olanda biz Nigarı atletikaya göndərdik. Müəlliməsi Nigarda olan bacarıqlara görə dedi ki, bu uşağı hər yerdə tanıtmaq lazımdır. Çünki o bütün tapşırıqların öhtəsindən məharətlə gəlirdi. Və elə də oldu. Nigar atletikadan öz yaşıdları arasında dəfələrlə Azərbaycan çempionu və nəhayət Xüsusi Olimpiya çempionu oldu. 2019-cu ilin Mart ayında Abudabidə keçirilən Xüsusi Olimpiya yarışlarını 1 qızıl və 1 gümüş medalla başa vurdu. Bu mənim həyatımın ən gözəl anları idi. Nigarla bağlı istəklərim həyata keçmişdi. Nigarı artıq bütün dünya tanıyırdı. O gün bütün ailəmizin sevinci yerə göyə sığmırdı. Nigar özü də bizi kimi çox sevinirdi.
Nigar həmçinin basketbol, stolustu tennis, velosiped sürməklə də məşğul olur, həmçinin muncuqla müxtəlif qolbaqlar, seplər, üzüklər düzəldir və bir çox sərgilərdə iştirak edir.