Qurbanova Məryəm

Qurbanova Məryəm

Qurbanova Məryəm, 4 yaşı var. Göygöl rayonunda doğulub. Həkimlər deyiblər daun sindromludu. Mənə 3 gün deməyiblər. Xəstəxanadan çıxanda dedilər. Mən heç də pis olmadım. Dedim o, mənə Allahımın hədiyəsidi. Çox şükürlər olsun, fəxrlə, qürurla deyirəm ki, mən Məryəmin anasıyam. Biz ana bala çox çətinliklərdən keçmişik. İndi qızıma baxıram, onun ağılı olması, səliqəli, təmizkar, özünə bəzək-düzək verməsi, dinləməsi – çox ağılıdı. Bizim qızımla planlarımız var. İnşallah Allahın izni ilə həyata keçirəciyik. Məryəmin özündən böyük bacısı var, bacısı ilə oyunlar oynamağı çox sevir. Çox şükür nə yaxşı mənim həyatımda Məryəmim var . Allahın möcüzəsidi, hədiyəsidi. Hər an Allahıma şükür edirəm, nə yaxşı Məryəmi mənə vermisən, çox şükürlər olsun mən həmişə qızımı təqdim edəndə qürurla demişəm mənim qızımdı. Məryəm çox isdedadlı qızdı, çox gözəl gələcəyi var. Anası olaraq həmişə arxasındayam, hər zaman yanındayam. Heç vaxt övladınızdan utanmayın, çəkinməyin, onun haqqında danışanda qürürla danışın. Məryəm barədə çox danışa bilərəm, danışdıqca bitməz. Ana-bala çox yollar fəth etmişik, etməyədə davam edirik. İnanıram ki, dilədiyimiz zirvəyə çatacıyıq. Allah böyükdür, rəhimlidir. Mən qarşıma məqsəd qoymuşam. Tək başıma bu qədər yol qət etmişik, bundan sonra da edəcəyik. Qızımın səsi uca zirvələrdən gələnə kimi dayanmayacam. Heç vaxr məyus olmayın, kim deyir bacarmıram günah onun özündədi. Çox şükür Allahıma nə yaxşı mən Məryəmin anasıyam, nə yaxşı Məryəm mənim qızımdı. Mən Allahımdan razıyam, bir tək Allaha inanıram, Allaha güvənirəm. Həmişədə yolumuza işıq saçır yolumuzu aydınladır. Allahım, çox şükürlər olsun. Məryəm qızıma, Allahın verdiyi şirin paya, gözəl nemətə çox şükürlər.

About Author
İnsanlar çox şey edə bilməyəcəyimizi düşünə və bizim haqqımızda həmişə doğru olmayan şeyləri fərz edə bilərlər: geyə bilmirik, mahnı oxuya bilmirik, rəqs edə bilmirik, təkbaşına yaşaya bilmirik. Amma əslində mən hamının səhv etdiyini sübut edirəm.
Medison Telvin
Medison TelvinMəşhur Kanadalı ifaçı
Özünüzə inanın, bacardığınız hər şeyi dinləyin və bunu edə bilməyəcəyinizi söyləyən insanlara qulaq asmayın. Xəyallarınızın ardınca get və heç vaxt təslim olma.
Zak Qotsagen
Zak QotsagenMükafatlı ulduz aktyor
Mən həmişə demişəm ki, mən Pablo Pinedayam və məndə Daun sindromluyam. “Olmaq” və “ var olmaq” arasında böyük fərq var. “Olmaq” sizi əzə bilər, “var olmaq” isə bunun yalnız bir xüsusiyyəti olduğunu göstərir.
Pablo Pineda
Pablo PinedaUniversitet dərəcəsi ilə məzun olan ilk DS ilə Avropalı