Ahu

Ahu

Mənim yaşama səbəbim qızım. Sözün əsl mənasında yaşama səbəbimdir Ahu’m. Həyatımın ən pis anında, dünyamın qaranlığa qərq olunduğu anda günəş kimi, nəfəs kimi gəldi həyatıma. İlk Daun sindormludur sözünü 2günlük olanda dedilər mənə. Amma dəqiq diaqnoz deyildi sadəcə bənzərlik. Bəli məlumatım var idi amma o qədər də deyil. Bunu mənim kimi bütün Daun sindromlu analarda qəbul edər ki, ilk öncə inanmaq istəmirsən, qəbul edə bilmirsən. Həkimlərin hər cümləsində bir təsəlli axtarırdım. Xəstəxanada qaldığım 3gecə ağladım nə olacaq necə olacaq deyə. Genetik analiz verdik. Analizin cavabı gələn günə qədər (yəni Ahu 1ay yarımlıq olanda) mən hələ də qəbul edə bilmirdim. O analizin cavabını aldığım gün səhərə qədər ağladım. Və o gecə özümə söz verdim bir daha heç vaxt bu səbəbdən ötəri aglamiyacam. Heç bir kəsin övladıma başqa formada baxmagina icazə vermiyəcəm.O mənim canımdan can, qanımdan qandır her hansı bir diaqnozu var ya yoxdur. O mənim Övladimdir, mənim. Və bugünde hər günümə şükür edirəm yaxshi ki məni sechib mənə gəldiyi üçün. Çətinliklərimiz olur bəli , bəzən yoruluruq , bəzən tukenirik amma bu hec nəyin sonu demək deyil.Mənim tek isteyim qızımın mənə belə ehtiyacı olmadan öz ayaqları üstündə durmadısıdır. Və bunun üçün var olduğum müddətcə əlimdən gələn hər şeyi edəcəm. İnanıram biz bacaraciq, mənim qızım öz ayaqları üstündə duracaq. Bu yola yeni çıxan analar oxuduğunuz , eşitdiyiniz şeylər sizi qorxutmasın. Əmin olun ki, çox şey fərqlidir. Övladlarınıza sevgi verin, əmək verin, güc verin. Sevgi her şeyin əlacidir ❤️

About Author
İnsanlar çox şey edə bilməyəcəyimizi düşünə və bizim haqqımızda həmişə doğru olmayan şeyləri fərz edə bilərlər: geyə bilmirik, mahnı oxuya bilmirik, rəqs edə bilmirik, təkbaşına yaşaya bilmirik. Amma əslində mən hamının səhv etdiyini sübut edirəm.
Medison Telvin
Medison TelvinMəşhur Kanadalı ifaçı
Özünüzə inanın, bacardığınız hər şeyi dinləyin və bunu edə bilməyəcəyinizi söyləyən insanlara qulaq asmayın. Xəyallarınızın ardınca get və heç vaxt təslim olma.
Zak Qotsagen
Zak QotsagenMükafatlı ulduz aktyor
Mən həmişə demişəm ki, mən Pablo Pinedayam və məndə Daun sindromluyam. “Olmaq” və “ var olmaq” arasında böyük fərq var. “Olmaq” sizi əzə bilər, “var olmaq” isə bunun yalnız bir xüsusiyyəti olduğunu göstərir.
Pablo Pineda
Pablo PinedaUniversitet dərəcəsi ilə məzun olan ilk DS ilə Avropalı