Əkizlər: Sofi və İnci

Əkizlər: Sofi və İnci

Yoldaşımla ailə həyatı quranda sadə və sevgi dolu bir həyat xəyal edirdik. Təbii ki, hamı kimi olmaq istəyirdik. Evliliyimizdən bir il sonra valideyn olacağımız xəbərini aldıq – üstəlik ikiqat xoşbəxtliyin, yəni əkizlərimizin olacağı xəbəri! Möcüzə!

Hər ana-ata üçün ilk övladı bir möcüzədir və çox xüsusidir, lakin biz 1/14000000 seçilmiş valideyn olduğumuzu qızlarımızın doğulduqları gün öyrəndik – möcüzədir, elə deyilmi?😊

Qızlarımı daha özəl edən odur ki, Daun sindromlu fərqli yumurta əkizləridirlər, bu isə eyni yumurta əkizlərindən daha nadir rast gəlinən bir hadisədir. Bu, həqiqətən də diqqətəlayiqdir və bizim üçün sadəcə lotereyada ikiqat “jackpot” uduşu kimidir.

Sofi və Inci arzuolunan və sevilən bir övladlardır. Onlar 05.06.2021 tarixində qeysəriyyə əməliyyatı olmadan və ekosuz təbii yolla dünyaya gəldilər (öncədən verəcəyiniz sualın cavabı😘).

Əlbəttə ki, ailəmizin hər bir üzvü çətin günlərdən keçib, bu doğrudur və psixologiyada “Qaçılmazı qəbul etmə mərhələləri” kimi tanınan hər bir pilləsini özünəməxsus şəkildə addımlayırdı: İnkar, Qəzəb, Qəbul etmə. Ana olaraq dünyam iki dəfə başdan-ayağa dönüb, lakin uşaqlarım diaqnoza görə bir saniyə belə daha az sevilməyiblər və ya daha az əzizlənməyiblər. Bizim ailəmizdə diaqnoz deyil, iki gözəl mələk üzlü qızlarımız doğulub. Bu gedişlə çox ərköyün böyüyəcəklər😊

İndi Yaradanın bizə hədiyyə kimi bəxş etdiyi iki dünya gözəli günəş qızların valideynləriyik. Əlavə xromosomları isə onları daha da xüsusi və qeyri-adi edir. Sofi və İncinin valideynləri olduğumuz üçün fəxr edirik və daim də edəcəyik.

Sofi və Inci bizi möcüzələrə inandırdılar. Biz isə bu möcüzələri yaradan Allaha onların gözəl gələcəkləri üçün hər gün dua edirik.

About Author

Add Comment

Your email address will not be published. Required fields are marked *

İnsanlar çox şey edə bilməyəcəyimizi düşünə və bizim haqqımızda həmişə doğru olmayan şeyləri fərz edə bilərlər: geyə bilmirik, mahnı oxuya bilmirik, rəqs edə bilmirik, təkbaşına yaşaya bilmirik. Amma əslində mən hamının səhv etdiyini sübut edirəm.
Medison Telvin
Medison TelvinMəşhur Kanadalı ifaçı
Özünüzə inanın, bacardığınız hər şeyi dinləyin və bunu edə bilməyəcəyinizi söyləyən insanlara qulaq asmayın. Xəyallarınızın ardınca get və heç vaxt təslim olma.
Zak Qotsagen
Zak QotsagenMükafatlı ulduz aktyor
Mən həmişə demişəm ki, mən Pablo Pinedayam və məndə Daun sindromluyam. “Olmaq” və “ var olmaq” arasında böyük fərq var. “Olmaq” sizi əzə bilər, “var olmaq” isə bunun yalnız bir xüsusiyyəti olduğunu göstərir.
Pablo Pineda
Pablo PinedaUniversitet dərəcəsi ilə məzun olan ilk DS ilə Avropalı