Təhsil almaq irqindindən, dinindən və sağlamlığından asılı olmayaraq hər uşağın hüququdur.
Azərbaycan Respublikasının Təhsil haqqında qanununda cəmiyyətin bütün üzvlərinin bərabər təhsil almaq hüququ olduğu qeyd edilib.
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar da bu imkanlara sahibdirlər və onların hüquqları dövlət tərəfindən qorunur.
Daun sindromulu uşaqlar da Xüsusi qayğıya ehtiyacı olan uşaqlar qrupuna daxildir.
Parta arxasında oturma haqqı olan bu uşaqlar sinifdə də fərqliliklərini hiss etməməli və cəmiyyətə qazandırılmalıdır.
Sinfində daun sindromlu şagirdi olan müəllimə tövsiyələr:
1) Şagirdin narahatlığı haqqında bütün biliklərə yiyələnmək və şagirdini dərindən tanımaq;
2) Sinfindəki şagirddə bu xarakteristik əlamətlərdən (nitq bacarığı, aqressiyanın olub-olmaması, zəka yetərsizliyinin dərəcəsi və s.) hansını daşıdığını qeyd etmək və yönünü müəyyən etmə;3) Şagirdin digər şagirdlər ilə münasibətinə ciddi nəzarət etmək və şagirdi bullingdən qorumaq;
4) Digər şagirdlərin həmin uşaq ilə yoldaşlıq münasibəti qurmasını təmin etmə;
5) Valideyn ilə etik davranış qaydalarına əməl etmək, valideyni sıxışdırmamaq və övladı haqqında kobud ifadələrdən istifadə etməmək;
6) Valideynlə əməkdaşlıq qurmaq;
7) Şagirdin dərslə məşğul olmasına şərait yaratmaq.
Bütün bunlara əməl edərsək, cəmiyyətə bir vətəndaşı daha qazandırmış olarıq.
Psixo Pedaqoq Təranə Möhsünova