“Suyu boşalt”
Çevikliyin, motorika və biləklərin inkişafına kömək edir. İlk əvvəl suyu stəkandan stəkana, sonra isə qıfın köməkliyi ilə butulkaya boşaldırıq.
“Gəlinciyi düzəlt”
İçində su olan şəffaf stəkana boya (quaş) qatırsınız, qarışdırmağı öyrədirik.(gəlinciyə dərman hazırlayırıq)
“Dedektiv”
Xırda oyuncaqları ancaq əllərlə qumdan qazıb çıxarmaq. Qumu ələkdən keçirə bilərsiniz, “gizlənən” oyuncağı tapmaq üçün.
“Rəssam”
Nəm qumda çubuq və ya barmaqlarla naxışlar çəkmək. Daşlardan yol da düzəltmək olar.
“Gənc konstruktor”
Ayaqqabı və ya konfet qutusuna paltar sancaqlarını möhkəmləndirəndə bu kirpi olacaq. Dairəvi siniyə möhkəmləndirsək, bu, günəş olacaq.
Korreksion məşğələlər təkcə xüsusi uşaqların sosial adaptasiyası və yaşaması üçün deyil, həm də cəmiyyətin özünün tərbiyəsi, bizdən fərqli insanların problemini anlamaq üçün zəruridir.
Araşdırmalar göstərir ki, üzərində işlənilən uşaqlar məktəbə qəbula yaxın vaxtda digər uşaqlardan fərqli olaraq bu prosesə daha yaxşı hazırlıqlı olurlar.
Add Comment