Möcüzəvi dünyaya gələn Ümid

Möcüzəvi dünyaya gələn Ümid

Ümid 17.01.2016ci ildə dünyaya gəlib. Doğularken ölü doğulub…Allahin ilk möcüzəsini ilk dəfə o gün şahid olmusam. Deqiqeler sonra nəfəs almağa başladı.Tecrubesiz olduğumdan bütün bunları bir neçə gün sonra bildim. Ilk balam,gözümün nuru,ilk oğlum sevincimiz hər şeyimiz….3ay sonra Ümid bərk xəstələndi,həkimə apardıq.ILK olaraq orada esiddim bu kelimeni oglunuzda DAUN SINDIROMU AN şübhələnirlər,istesteyirsizsse genetik analiz verin ya Nervipotoloqa göstərin.O vaxta qədər bu sindiromun ne olduğunu belə bilmirdim… Ertəsi gün Ümidi atası ilə birlikdə Nevroloji xəstəxanada “Nervipotoloq Azeddin həkimin”yanına Bakıya gətirdik.Seherden axşama novbe gözlədikdən sonra növbə bize gelmisdi.Helede rayonda həkimin dediklərine inanmaq istemirdim.”Hekim “Ümidə uzaqdan qucağımda baxdı və bu sözləri dedi.6ilden çox vaxt keçməsinə baxmayaraq heç bir kelimesini unutmadığim bu cümlələri qurdu.Neye gətirmisiz ki?Daun sindiromludur,bunnan sizə uşaq olan deyil,bunlar üçün mərkəzlər var ,aparın verin birinə,gənc ailəsiniz,yenidən usaqiniz olar….. Göz yaşlarımı saxlaya bilmedim,tək kəlmə onu deyə bildimki,oksigen catismazligi var boğulur ona nəsə yaza bilməzsiz.Cavab verdi, yox ehtiyac yoxdu.Kecib gedecek…O xəstəxanadan necə çıxdıq ,necə eve geldik xatırlamıram,ölmək istədim sadəcə…Hetda yoldaşım sonradan deyirki az qaldım maşından atam özümü ki bu sözləri niyə bizə dedi…Hansı haqqla…22yasli anaya o sözlər deyilmeliydimi,bunun daha yüngül,izahı ola bilməzdimi?!Uşaq diaqnozludu deyə müayinə ,müalicə edilməkdən mehrumdumu?!…Bu birazda insanlıq hissi ilə bağlı bir seydi,hansı peşəyə sahib olursan ol, insanda -mərhəmət,vicdan ön planda olmalıdır bu mənim fikrimdir… Bu sözlərdən sonra bir müddət özümə qapanma yarandı,stres,hergun ağlamaq..Usaqima baxa bilmirdim,ehtiyaclarını ödeye bilmirdim..bu müddətdə nevroloji müalicə aldım təxmini 20gunden artıq çəkdi bu müddət. Keçmiş iş yoldaşımın köməkliyi ilə bir daun sindromlu uşaqı olan valideyin ilə tanış oldum.Heyatimin dönüş nöqtəsi oldu bu tanışlıq desəm yanılmaram.Bu qəlbi gözəl insan Məni yerden qaldıran insan,çoxumuzun tanıdigi Nigarın anası Könül xanımdı.Heqiqeten sözün əsl mənasında məni yerdən qaldırdı,verdiyi məsləhətlər və dəstəyi sayəsində ayağa qalxdım.Yorulmadan ,usanmadan,bezmədən hər sualımı günlərlə cavablandırdı.Ne qeder sağol desəm azdı…Həqiqətən ele insanlar var olsun hər zaman.Nece gözəl duadır..Allah yaxşı insanlarla qarşılaşdırsın bizləri…Onun məsləhəti ilə Ümidi təkrar Bakıya başqa Nervipotoloqa apardım,Irina xanım çox sağolsun.Evvelce meni sakitlesidirdi,sonra müalicələrə başladıq.Umidde diaqnozdan əlavə başında maye və oksigen catismazligi da vardı.Geceleri yatmirdi,gün ərzində demək olar ki bütün gün ağlayırdı,yemək yeyə bilmirdi,udquna bilmirdi.Bununla yanaşı ümidə masajlar,fizoterapiyalar lazım idi.Her 3aydan bir 10gun rayonundan,Bakıya gəlirdik müalicə götürüb rayonda eletdirirdim,vaxtımız tamam olanda yenidən gəlirdik şəhərə…Hər şey yaxşı idi,hər şey yolunda gedirdi…Ümid ilk olaraq 10ayinda sərbəst oturmağa başladı,tek kelmeden ibarət sözlər deyirdi.Ilk sözü Mama olmuşdu.O sözü eşidib,o sevinci yaşamaq bir başqa idi.Hec bir sözlə ifadə eləmək mümkün deyil.1yasi tamam olan gün ilk dişi çıxdı.Umid 3yas 6ayinda gəzməyə başladı.Duzdu gec gəzməyi üçün çox narahat idim,hərzaman qulağımda “o hekimin”sözləri var idi.-Bundan sizə uşaq olan deyil,bele uşaqlar gezmir danismir….Ama bir gün belə olsun ümidimi itirmedim.Bu müddət ərzində bir çox daun sindromlu diaqnozu övladı olan analarla tanış olmuşdum Və heç bir zaman heç bir uşaqla Ümidi müqayisə eləməmişəm.Bu yaşına qədərdə etmirem.Cunki diaqnozlari eyni olsada xromoson bölünməsi hər uşaqda özünü bir cür göstərir.Ve hamısı bizim balamizdi.Her birinin uğuru ele mənim balamın uğurudur.Her birinin uğuru mənə motivasiya verir,inamı,gücümü dahada artırır.Bu arada Ümid artıq loqoped və pisixoloq dəstəyi alırdı.Umid gezmediyi vaxtlarda qucağımda hər yerə aparmışam …Bunun üçün qinanmisam,çox sözlər esidmisem.Burdan yeni diaqnoz qoyulmuş analara səslənirəm sizdə esideceksiz çox söz,ama heç bir kəlimə sizi yolunuzdan etməsin.Oz yolunuzda,öz işinizdə davam edin.Yeni diaqnozlu analara ona görə deyirəmki,çünki uşaqı daha böyük olan analar o yollardan çoxdan keçiblər,onlarda menim kimi çox söz eşidiblər.Yeri gəlib usaqimiza baxib qulağını çəkən xalalardan tutmuş,xəstə usaqdi ora bura aparmağın nə mənası,alim olmayacaqki deyən xalalara qədər hər cür insan simasında olanların sözlərini eşidiblər.Insanin başına gəlmese anlamaz…Qinadiginizla sınanmayın,Allah bucür övladları sizə qismət etməsin,qədrini bilməzsiniz…Qulaq cekenleredi sözüm…. 4yas- Ümid artıq 2sozden ibarət cümlələr deyirdi,istədiyi yerə gedib çatır ,istədiyini götürür,ne etmək istədiyini başa salırdı.Cox şükür,min şükür…Bu illər ərzində bir çox dəfə qrip olduq sagaldiq hər biri ayrı dərd…Ama hər dəfəsində öhdəsindən gəlirdik və davamlı olaraq hər 3aydan bir Bakıya müayinəyə, müalicəyə gedib gəlirdik. 5yas -Umid artıq istədiyi bütün sözləri deyir,uzun cümlələr qurur,rayonda fəaliyyət göstərən reabiltasya mərkəzinə gedir gelir,ətrafla ,cemietle qaynayıb qarışmışdı.Umid hər zaman cəmiyyətə yaxşı idi,cemiyyet artıq ümidi qəbul eləmişdi desəm yanılmaram.Artiq bize uzayliyiqmis kimi baxan gözlər yox idi,qulaq çəkən xalalarda .Bize baxan picildayan insanlarda…Hər şey yaxşıdı Amma əmmalar var ,Ümid menim suallarımı cavablandirir,başqalarının suallarına qulaq asır ancaq cavab vermir ,eyni sualı mən təkrar etdikdən sonra cavab verirdi.Mene çox baglanmisdi.Pisixoloq məsləhət gördü ki,Umidi ozumnen uzaqlaşdırım biraz.Ferdi müəllim yanına qoydum oğlumu,fərdi məşğul olurdu hər gün.Bu arada pisixoloq və loqoped dəstəyimizi dayandırmaq məcburiyyətində qaldıq ,Maddi çətinliklə əlaqədar.Umidin gozunde müəyyən problemlər yarandı,bundan əlavə çox valideyine problem olan enurezle mübarizə aparırıq bu müddət erzinde.Ferdi məşğələlər təxmini 1ay sonra öz nəticəsini vermişdi. Umid tanıdığı adamların sualına cvb verir,ünsiyyət qurmağa başlamışdı.Bu müddət ərzində evde özüm məşğul olmadım. 6yasimiz oldu,indi təhsil idi bizim əsas problemimiz.Rayonda yaşadığımız üçün təhsil bize biraz problem yaradırdı sözün düzü…Inklüziv sinif yalnız bir məktəbimizde var və bu illər ərzində qəbul dayandırılıb…Yuxarı siniflərdə oxuyan inklüziv sinifdə isə eqli inkişaf geriliyi olan və yüngül serebral iflic olan özəl uşaqlar təhsil alır.Yeni daun sindromlu uşaq qəbul olunmur.Bununla bağlı çətinliklər yaşadıq.Daha sonra rayonda fəaliyyət göstərən Pisixoloq Sənubər xanımın köməkliyi ilə Qazax rayon təhsil sobesine ərizə ilə müraciət etdik.Ilk müraciətiniz bu ilin yay ayında idi və heç bir cavab ala bilmədik .Daha sonra bizə məlumat verildi ki 4_5usaq birgə müraciət etsə bize xüsusi sinif aça bilərlər.Bu müddət ərzində Ümidin getdiyi reabiltasya mərkəzində daun sindromlu valideyinləri cəlb etməyə çalışıram.Heqiqetende Allah Beter insanlardan qorusun bizləri,xüsusi ile de diaqnozlu uşaqları..Sözümün cani var .6il ərzində hər cür insanla qarşılaşmışam.Usaqinin xəstəlik puluna göz diken,diaqnozlu usaqni gəlir mənbəyi kimi görən ana ata,nene və babalar…Çoxu ev tehsilin üstünlük verir,hörmətlə yanaşıram yol uzaqdı ,çox uşaqlıdi deyə oal bilər,bütün bunlar qəbul edilendi…Maraqlanmadigdim mövzudur deyə deqiqini bilmirəm ev tehsilinini,mektebe gedən uşaqlardan daha çox pul alır deyə bir deyim geldi qulağıma o zaman anladım valideyinlərin bəzilərinin niyə ev tehsiline üstünlük verdiyini…Yazdığın cümlələr əsla sizə aid deyil,dediyim kimi şərtlər ele gətirə bilərki ev tehsili seçməyə məcbur ola bilərsiniz hormetle yanaşıram ama əsla və əsla pula görə uşaqlarınızı buna məcbur edə bilməzsiniz. Sentyabrın evveleri yenidən 5vaildeyin birlikdə ərizə ilə müraciət etdik ve bu defe çox şükür erizemiz qəbul edilmiş və rayonun Səməd Vurğun adına 2nomreli tam orta məktəbində Daun sindiromlu uşaqlar üçün Xüsusi sinif açıldı…Çox şükür….Derslemiriz oktyabrdan başladi…Bu sevincin hedd hüdudu sozle izah oluna bilmez.Cunki 3ayinda “Həkimin”-bundan size uşaq olan deyil,ne gəzəcək, ne danisacaq-dediyi oğlum Ümidi əlindən tutub məktəbə aparırdım…Allah bütün analara ,atalara valideyinlərə bu gözəl günləri qismət eləsin…Amin! UMIDIN mektebinin açılmağı xəbəri ilə yanaşı özümunde Universitetə qəbul xəbərini aldım,bu arada ,ama Ümidin geləcəyi üçün ,oxumağı üçün,oxuması üçün, özümun ən böyük xəyalımdan öz ellerimle imtina ərizəsi yazıb təhsilimdən imtina elədim.Geleceyim,oğlumun geleceyine qurban Olsun.Ana olmaq özünden çox onu düşünmək deməkdir mence…6ilimizi bir neçə cümləyə yerləşdirməyə çalışdim.Umid yaxsiki menim oğlumdu,yaxşı ki Ümidin anasıyam.Umidin anası olmaq mənə böyük fexrdi.Bu dünyaya _2_3_4_5defe gelebilsem yenədə Ümidin anası olamağı seçərəm.Yolumuz uzundu cetindi ,bilirəm Oğlum yanımda olsun hər şeyin öhdəsinden gələrik biz.Allaha inanıram.Ve sonda yenə deyirəm Allah hər birimizin qarsisina yaxşı insanlar çıxarsın.Niyyeti,qəlbi,gözəl insanlar… Hekayemizde Səbinə xanım sizinde yeriniz böyükdü. Bacıdan öte insan…Maddi çətinliyimin olduğu halda Ümidimi layihədən pulsuz muainelere göndərdin bunu heç vaxt unutmaram.Sag ol,var ol.Bumeranqa çox inanan insanam.İnaniramki yaxşılıqlar bir gün geri dönecek elecede pislikler de.Calisin yaxşılıq edenlerden olun,balalarımızın qabağınada yaxşılıqlar cixsin her zaman.

About Author
İnsanlar çox şey edə bilməyəcəyimizi düşünə və bizim haqqımızda həmişə doğru olmayan şeyləri fərz edə bilərlər: geyə bilmirik, mahnı oxuya bilmirik, rəqs edə bilmirik, təkbaşına yaşaya bilmirik. Amma əslində mən hamının səhv etdiyini sübut edirəm.
Medison Telvin
Medison TelvinMəşhur Kanadalı ifaçı
Özünüzə inanın, bacardığınız hər şeyi dinləyin və bunu edə bilməyəcəyinizi söyləyən insanlara qulaq asmayın. Xəyallarınızın ardınca get və heç vaxt təslim olma.
Zak Qotsagen
Zak QotsagenMükafatlı ulduz aktyor
Mən həmişə demişəm ki, mən Pablo Pinedayam və məndə Daun sindromluyam. “Olmaq” və “ var olmaq” arasında böyük fərq var. “Olmaq” sizi əzə bilər, “var olmaq” isə bunun yalnız bir xüsusiyyəti olduğunu göstərir.
Pablo Pineda
Pablo PinedaUniversitet dərəcəsi ilə məzun olan ilk DS ilə Avropalı